Nəqliyyat

“Bakubus” avtobus sürücülərinin işə qəbulunu - ELAN EDİB

“Bakubus” avtobus sürücülərinin işə qəbulunu - ELAN EDİB | FED.az
09:54 8 Avq 2020

Bakı Nəqliyyat Agentliyinin tabeliyində “Bakubus” MMC sürücü vəzifəsi üzrə işə qəbul elan edir. 

FED.az xəbər verir ki, “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər. 

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri vardır.Belə ki;

Ø Əmək müqaviləsi əsasında işə qəbul;

Ø 2 növbəli, 8 saatlıq iş rejimi;

Ø Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat);

Ø Gələcək pensiya təminatı;

Ø Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə);

Ø Sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi;

Ø İl ərzində əmək məzuniyyətindən istifadə olunması;

Ø Sanatoriyalara göndərişlərin verilməsi;

Ø Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat;

Ø Xüsusi geyim forması ilə təminat.

Digər xəbərlər