Nəqliyyat

Beynəlxalq Avtovağzal Kompleksi qaytarılan biletlərin sayını – AÇIQLAYIB

Beynəlxalq Avtovağzal Kompleksi qaytarılan biletlərin sayını – AÇIQLAYIB | FED.az
16:47 25 Mart 2020

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlər tərəfindən bu günə qədər qaytarılan biletlərin sayını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova FED.az-a bildirib ki,  qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.

“Bu günə qədər 1715 sərnişin artıq biletini geri qaytarıb. Digər sərnişinlər də 29,30, 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər”.

P. Məmmədova onu da qeyd edib ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür:

“Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər. Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması ilə bağlı 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər”.

Digər xəbərlər