Nəqliyyat

"Bibiheybət yolu"nda hərəkətin təşkili - MÜVƏQQƏTİ DƏYİŞDİRİLİB

"Bibiheybət yolu"nda hərəkətin təşkili - MÜVƏQQƏTİ DƏYİŞDİRİLİB | FED.az
16:26 11 Yan 2020

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

Eləcə də bax: Badamdarda sürüşmənin səbəbi məlum oldu - QANUNSUZ TİKİLİLƏR

FED.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, bunun üçün sözügedən ərazidə Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırlanmış layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb. Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.

Ümumilikdə, ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

"Report"

Digər xəbərlər