Nəqliyyat

"Bibiheybət yolu"nun açılması bir ay gecikəcək - TARİX AÇIQLANDI

"Bibiheybət yolu"nun açılması bir ay gecikəcək - TARİX AÇIQLANDI | FED.az
12:15 5 Fev 2020

Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir.

FED.az xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.

Eləcə də bax: “Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi - VAXT AÇIQLANDI

Bildirib ki, yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Artıq onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçün isə eninə istiqamətdə borular atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.

Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Qafqazinfo




Digər xəbərlər