Banner

Nəqliyyat

Dairəvi dəmir yoluna - ƏLAVƏ QATARLAR BURAXILIB

Dairəvi dəmir yoluna - ƏLAVƏ QATARLAR BURAXILIB | FED.az
14:03 4 İyun 2020

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.

Eləcə də bax: Azərbaycanda yeni dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

Həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

 Yeni hərəkət cədvəlini təqdim edirik.

 

 

 

Digər xəbərlər

Banner