Nəqliyyat

DİN bu şəhərlərə giriş-çıxışla bağlı vətəndaşlara - XƏBƏRDARLIQ ETDİ

DİN bu şəhərlərə giriş-çıxışla bağlı vətəndaşlara - XƏBƏRDARLIQ ETDİ | FED.az
21:36 15 May 2020

Daxili İşlər Nazirliyi mayın 18-dən karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.

Eləcə də bax: Karantini pozan daha - 739 SÜRÜCÜ CƏRİMƏLƏNDİ

FED.az xəbər verir ki bu DİN-dən "qafqazinfo"ya daxil olan məlumatda bildirilir:

"Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.

Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən yalnız zəruri hallarda çıxmaları, insanların sıx toplaşdığı məkanlara getməmələri və qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur.

Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağasının davam etməsi nəzərə alınmalı, bütövlükdə qüvvədə saxlanılmış məhdudiyyətlərə riayət olunmalıdır".

Digər xəbərlər

Banner