Banner

Nəqliyyat

Dövlət Agentliyinə sürücülərlə bağlı - YENİ HÜQUQ VERİLİB

Dövlət Agentliyinə sürücülərlə bağlı - YENİ HÜQUQ VERİLİB | FED.az
15:58 13 May 2020

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni hüquq verilib.

Eləcə də bax: Taksilərin fəaliyyətinə dair - QAYDALAR MÜƏYYƏNLƏŞİB

FED.az, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Avtomobil nəqliyyatı haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. 

Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

İndiyə qədər xüsusi hazırlığı Nəqliyyat Agentliyi həyata keçirib. Dəyişikliyə əsasən, xüsusi hazırlığı Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi həyata keçirəcək. 

Digər xəbərlər

Banner