Nəqliyyat

DYP-dən sürücülərə - MÜRACİƏT

DYP-dən sürücülərə - MÜRACİƏT | FED.az
10:36 20 Yan 2021

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

FED.az xəbər verir ki, idarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Sürücülərdən xahiş olunur ki həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq". (Trend)

Banner
Banner

Digər xəbərlər