Nəqliyyat

"Gürcüstan Dəmir Yolları" - ÖZƏLLƏŞDİRİLƏ BİLƏR

"Gürcüstan Dəmir Yolları" - ÖZƏLLƏŞDİRİLƏ BİLƏR | FED.az
14:44 26 Fev 2020

"Gürcüstan Dəmir Yolları" şirkəti ("Georgian Railways") özəlləşdirməyə çıxarıla bilər.

FED.az xəbər verir ki, bunu Gürcüstanın Maliyyə naziri İvane Maçavariani Tbilisidə keçirilən "Georgia and the World 2020" adlı beynəlxalq forumda çıxış edərkən deyib.

Eləcə də bax: Gürcüstanda keçmiş parlament binası  - SATIŞA ÇIXARILACAQ

Onun sözlərinə görə, bu sahədə bir sıra Avropa ölkələrinin təcrübəsi mövcuddur və Gürcüstan hökuməti də bu istiqamətdə düşünməlidir.

Nazir qeyd edib ki, strateji sahə olan dəmir yollarının özəlləşdirilməyə çıxarılmasından qorxmaq lazım deyil: "Strateji sahələr olan qazpaylayıcı şirkətlər, internet provayderləri, su təchizatı və s. sahələrdə olduğu kimi dəmir yollarının özəlləşdirilməsi də mümkündür".

APA

Digər xəbərlər