Nəqliyyat

İstanbul-Bakı reysi ilə kimlər gələ bilər?

İstanbul-Bakı reysi ilə kimlər gələ bilər? | FED.az
14:53 2 İyul 2020

AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

Eləcə də bax: AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys - YERİNƏ YETİRƏCƏK

FED.az xəbər verir ki, məlumata görə, sözügedən reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

Digər xəbərlər

Banner