Banner

Nəqliyyat

Rayonlardan Bakıya giriş-çıxış qadağası - LƏĞV OLUNMAYIB

Rayonlardan Bakıya giriş-çıxış qadağası - LƏĞV OLUNMAYIB | FED.az
16:51 15 May 2020

Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması qadağası qüvvədə qalır. 

Eləcə də bax: Xüsusi karantin rejimi məhdudiyyətlərinin - BİR QİSMİ YUMŞALDILACAQ

FED.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılıb.

Digər xəbərlər

Banner