Nəqliyyat

“Türk Hava Yolları” Avropada - Birinciliyini Qoruyur

“Türk Hava Yolları” Avropada - Birinciliyini Qoruyur | FED.az
10:40 11 May 2021

“Türk Hava Yolları” (THY) mayın ilk həftəsində Avropa üzrə gündəlik ən çox reys həyata keçirən aviaşirkət olub.

Eləcə də bax: "Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa - Uçuşlara Başlayır

FED.az xəbər verir ki, pandemiya dövrü olmasına baxmayaraq, THY hər gün 500-dən çox reys həyata keçirir.

Bu siyahıda ikinci sırada gündəlik 392 uçuşla Fransanın “Air France”, üçüncü yerdə isə 377 uçuşla Almaniyanın “Lufthansa” aviaşirkəti qərarlaşıb.

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “Hava limanı sağlamlıq akkreditasiyası” proqramı çərçivəsində sertifikat alan ilk aeroport olan İstanbul hava limanı, eyni zamanda, keçən il daşıdığı sərnişin sayına (23 milyon 409 min 132 sərnişin) görə də Avropada birinci olub. (Azərtac)

Banner
Banner

Digər xəbərlər