Nəqliyyat

"Xətlərə rekord sayda avtobus buraxmışıq" - BNA-DAN AÇIQLAMA

"Xətlərə rekord sayda avtobus buraxmışıq" - BNA-DAN AÇIQLAMA | FED.az
09:51 12 Avq 2020

12 avqust tarixində 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.

Eləcə də bax: Yumşalmaya görə sərnişin sayı kəskin artıb - 5 YENİ XƏTT YARADILIR

Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır.

FED.az xəbər verir ki, son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır.

Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və qol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir. 

Digər xəbərlər

Banner