Banner

Qarabağ

Ermənistanla sərhəddə vəziyyət nəzarətdən çıxır – Rusiya İşə Qarışdı – Ermənistan Atəşkəsi Yenə Pozdu

Ermənistanla sərhəddə vəziyyət nəzarətdən çıxır – Rusiya İşə Qarışdı – Ermənistan Atəşkəsi Yenə Pozdu | FED.az
11:10 28 İyul 2021

Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən atəşmalar səbəbindən Rusiya tərəfinin təşəbbüsü ilə atəşkəs elan edilib.

Eləcə də bax: Azərbaycan Müdafiə Nazirliyi Ermənistana - Xəbərdarlıq Edib

FED.az xəbər verir ki, Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan edilməsi ilə bağlı Rusiya tərəfinin təşəbbüsü rəçsi Bakı tərəfindən qəbul edilib.

Bununla yanaşı, Ermənistan tərəfi atəşkəsi yenə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən FED.az-a bildiriblər ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Banner
Banner

Digər xəbərlər

Banner