Banner

Qarabağ

İlham Əliyev Belarus şirkətlərini azad olunan ərazilərdə işləməyə - DƏVƏT ETDİ

İlham Əliyev Belarus şirkətlərini azad olunan ərazilərdə işləməyə - DƏVƏT ETDİ | FED.az
16:11 18 May 2021

"Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm".

FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib.

"Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var. Yaxın vaxtlarda Prezidentin səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək. Lakin, bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik", - dövlət başçısı bildirib.

Banner
Banner

Digər xəbərlər