Banner

Qarabağ

MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb | FED.az
15:40 20 Yan 2021

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə FED.az-a Müdafiə Nazirliyindən mnəlumat verilib.

Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2 777 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 666 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.

Banner
Banner

Digər xəbərlər