Banner

Qarabağ

Putin iclas keçirdi, Azərbaycan-Ermənistan sərhədindəki gərginlik - MÜZAKİRƏ OLUNDU

Putin  iclas keçirdi, Azərbaycan-Ermənistan sərhədindəki gərginlik - MÜZAKİRƏ OLUNDU | FED.az
19:56 28 İyul 2021

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

“İclasın gedişində iştirakçılar Rusiyanın sosial-iqtisadi inkişafının aktual məsələlərini müzakirə etdilər. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələlərinə, o cümlədən Əfqanıstandakı vəziyyətlə yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunuldu”, - deyə Peskov qeyd edib.

Banner
Banner

Digər xəbərlər