Banner

Qarabağ

Qarabağın bu rayonu çox mühüm logistika mərkəzinə - Çevriləcək

Qarabağın bu rayonu çox mühüm logistika mərkəzinə - Çevriləcək | FED.az
17:54 26 Fev 2021

"Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcək"

Eləcə də bax: Prezidentin mətbuat konfransı 4 saatdan çox davam edib - YENİLƏNİB

FED.az xəbər verir ki,  bunu prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

"Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq",- İlham Əliyev bildirib.

Banner
Banner

Digər xəbərlər