Banner

Qarabağ

Prezident: "Eyni vaxtda Şuşaya iki avtomobil yolu tikilir"

Prezident: "Eyni vaxtda Şuşaya iki avtomobil yolu tikilir" | FED.az
12:30 27 Fev 2021

"Füzulidə tikilən aeroport bu il istifadəyə veriləcək. İstəyirik ki, bu, payızın əvvəlində olsun. Əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, bizə həmin hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə etməyimizə imkan verəcək".

Eləcə də bax: Prezidentin 4 saatdan çox davam edən mətbuat konfransı - Suallar və Cavablar

FED.az xəbər verir ki, bunu dünən keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev deyib.

Preident "Ona görə ki, aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir" deyərək çıxışına belə davam edib:

"Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq".

Banner
Banner

Digər xəbərlər