Banner

Qarabağ

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik" | FED.az
16:04 16 İyun 2021

“Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını dağıdanları görməyənlər azadlıq mübarizəsi üçün səfərbər olmuşdular. Gəlsinlər, Qarabağı, Füzulini görsünlər. Dünən oraları gördük. Onlar gələn zaman işğalçı, gedən zaman isə tar-mar edənlərdir”.

Eləcə də bax: Türkiyə Qarabağda əhali üçün evlər tikəcək - ƏRDOĞANDAN AÇIQLAMA

FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: “Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”. (Report)

Banner
Banner

Digər xəbərlər