Qeyri-Bank

«Finex Kredit» BOKT yarım ili mənfəətlə başa vurdu - MÜSAHİBƏ

«Finex Kredit» BOKT yarım ili mənfəətlə başa vurdu - MÜSAHİBƏ | FED.az
10:41 2 İyul 2020

FED.az-ın suallarını «Finex Kredit» BOKT ASC-nin idarə Heyətinin Sədri Rəşad Qasımov cavablandırır.

Eləcə də bax: “Finex Kredit”in xalis mənfəətində - BÖYÜK ARTIM

- Rəşad müəllim, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün görülən tədbirləri necə şərh edə bilərsiniz?

- Bu gün bütün dünya ölkələri çox çətin bir vəziyyətlə üzləşib. Bu durumda dövləti və biznesi idarə edən rəhbər şəxslər birinci növbədə vətəndaşların sağlamlığını düşünməli, onları qorumalı, əhalinin iqtisadi və sosial problemlərinin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər görməlidirlər. Cənab Prezident İlham Əliyevin zamanında verilən göstərişlərinin nəticəsi olaraq bu gün Azərbaycanda COVİD-19 virusuna qarşı mübarizə nəzarət altındadır və pandemiyanın təsirini azaltmağa xidmət edir.

Sevindirici haldır ki, dövlət dəstək proqramına (ölkə ÜDM-nin 3% -i) 2,5 milyard manat ayrılması kimi misilsiz tədbirlər görməyə hazırdır. Bu proqram postsovet məkanında və bölgədə xərclərin ÜDM-ə nisbəti baxımından ən böyükdür.

Azərbaycan Prezidenti İlham Əliyev Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrılması haqqında sərəncam imzalamışdır.

Bu günlərdə Sahibkarlığın İnkişafı Fondunun açıqladığı yeni qaydalara əsasən Koronavirusun təsirinə məruz qalmış sahibkarlar Dövlət zəmanəti ilə yeni “Elektron Kredit onlayn platforması ” vasitəsi ilə kreditlərin əldə olunması üçün  asanlıqla və vasitəçisiz müraciət edə bilərlər. Bu isə öz növbəsində güzəştli kreditlərə sahibkarın əlçatanlığını təmin etməklə onların inkişafına təkan verəcəkdir.

Əlavə tədbirlərə, xüsusi proqram çərçivəsində sahibkarlığın qorunmasına gəldikdə, aşağıdakı məqamları qeyd edə bilərəm:

1.      Rəsmi işləyən sahibkarlara üstünlük verilərək, dövlət yardımının göstərilməsi, bu proqrama qismən geri qaytarılma və müəyyən vergi növlərindən azadolma da daxildir.

2.      Faizləri subsidiya etməklə pandemiyadan təsirlənən müəssisələrin kredit yükünün azaldılması.

3.     Sahibkarları iş yerlərini qorumağa həvəsləndirməklə yanaşı, dövlət tərəfindən müəyyən güzəştlərin edilməsi və sair.

4.     İpoteka kreditlərinin verilməsində və yeni biznes kreditlərinin verilməsində dəstək.

Bu proqramın əsas sahələri və istiqamətləri əhatə edən kifayət qədər geniş diapazonu vardır. Kiçik və orta sahibkarlığı dəstəkləyən, mikromaliyyələşdirmədə fəal iştirak edən bir təşkilat olan, “FinexKredit” BOKT-a rəhbərlik edən bir şəxs kimi, mikro, kiçik və orta sahibkarlığın bu böhranın ən çox təsir edən tərəfinə çevrildiyini düşünürəm. Buna görə ümid edirəm ki, dəstək proqramı onların davamlı işləməsi və iflasdan xilas olması üçün əsas olacaqdır.

- Koronavirusla mübarızədə hansi vasitələrdən istifadə edirsiz?

- Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində hər bir əməkdaş dövlətin, Prezident İlham Əliyevin səylərini dəstəkləməyi öz vəzifə borcu hesab edir!

"FinexKredit" BOKT ASC-nin əməkdaşları Prezidentin çağırışına qoşularaq, dövlət başçısının 19 mart tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna özlərinin əmək haqlarının bir hissəsinin köçürülməsi ilə bağlı yekdil qərar qəbul edərək həmin vəsaiti köçürmüşlər.

Bundan əlavə "FinexKredit" BOKT-nin bütün inzibati binaları və filiallarında Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə dezinfeksiya işləri görülür.Uzun müddətdir ki, Əməkdaşlara, daxil olan müştərilərə virusdan qorunmaq üçün maskalar və əlcəklər paylanılır, inzibati binalar və filialların girişlərində spirt tərkibli məhlullar quraşdırılıb. Müştərilərin və Əməkdaşların sağlamlıqları üçün, dezinfeksiya işləri mütəmadi olaraq həyata keçiriləcək və pandemiyanın sonuna qədər görülməsi nəzərdə tutulur.

- Bu çətin günlərdə Müştərilərə güzəştlər oldumu?

Qeyd etmək istərdim ki, BOKT-lar hər zaman koronavirus pandemiyasından təsirlənən müştərilərə dəstək verməyə hazırdırlar. Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə təşkil olunan görüşlərdə müştərilərə mümkün dəstək tədbirlərinin aktiv müzakirəsi aparılırmışdılr. "FinexKredit" BOKT, iqtisadiyyatda baş verən mümkün mənfi dəyişikliklərlə üzləşən, xüsusilə həssas olan müştərilər üçün öz dəstək proqramını işləyib hazırlamış, müştərilərə məsafədən xidmət göstərmək üçün bütün lazımi vasitələri yaratmışdır.  

Təşkilatımız 01 mart 2020-ci ildən etibarən nəzərdə tutulan güzəştləri tətbiq etməkdədir. Xüsusi karantin rejimi davam etdirilərsə, bu qərarın uzadılmasına baxılacaqdır. Həmçinin kreditlər üzrə digər tədbirlərin görülməsi ilə bağlı işlər aparılmışdır, kreditlər üzrə kredit müddətlərinin uzadılaraq 3 ay güzəşt müddətinin verilməsi təklifi müştərilərə edilmişdir. Təkliflə razı olan müştərilərlə  qarşılıqlı razılaşma əsasında yeni müqavilələr bağlanaraq restruktrizasiya edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi tövsiyələri də nəzərə alaraq keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması həyata keçirilir.

“FinexKredit” Bank Olmayan Kredit Təşkilatı müştərilərin kredit ödənişlərini rahat və operativ təşkil etmək məqsədi ilə “Express Pay” ödəmə terminallarına qoşulmuşdur. Bundan sonra şirkətin satış ofislərinə kredit ödənişi üçün yaxınlaşmağa ehtiyac qalmır. Terminallar vasitəsi ilə aparılan bütün ödənişlər real vaxt rejimində kredit təşkilatının əməliyyat sisteminə transfer edilir. Bu addım təşkilatın müştərilərinin rahatlığını təmin etməklə yanaşı ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi proqramının icrasına xidmət edir. Şirkətin strateji inkişaf proqramı korporativ idarəetmə mexanizmlərinin təkminləşdirilməsini, müştəri-menecer əlaqələrinin minimuma endirilməsini nəzərdə tutur. Bir müddət öncə proqram çərçivəsində “Finexkredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlamışdır. Növbəti mərhələdə şirkətin bütün filialları bu layihəyə qoşulmuşdur və kredit məhsulu müştərilər tərəfindən razılıqla qarşılanaraq onların rahat və operativ şəkildə maliyyə xidmətlərindən istifadə etməsinə xidmət etmişdir. Bununla bağlı “Finex Kredit” BOKT “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl təşkilatı” nominasiyasının qalibi elan olunmuş və müvafiq sertifikatla mükafatlandırılmışdır.

Əlavə olaraq bildirmək istərdik ki, “FinexKredit” BOKT özünüməşğulluq proqramına dəstək məqsədilə, regionlarda yaşayan   aztəminatlı ailələrə öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət sahələri üçün maliyyə dəstəyi layihəsini həyata keçirməyə başlamışdır. Bu layihələrdə mikro biznes üzrə “start-uplar” xüsusi qeyd edilməlidir.

Bu çətin günlərdə "FinexKredit" öz imkanları daxilində bütün mümkün vasitələrlə müştərilərini dəstəkləyəcək və belə çətin məqamlarda yüksək məsuliyyət nümayiş etdirən Azərbaycanın bütün biznes nümayəndələri ilə həmrəy  olduğunu bildirir.

- “FinexKredit”i qısa olaraq necə təqdim edə bilərsiz?

- “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkət hər il müstəqil audit yoxlamasından keçmiş, rəsmi auditoru isə RSM-Azərbaycan beynəlxalq audit şirkəti olmuşdur.

Çalışdığımız dövrlərdə şirkətin aktivləri yüksəliş xətti üzrə artmışdır, hər il mənfəət əldə edilmişdir, mənfəətin artması ilə  “FinexKredit”  dahada  böyümüşdür. Son iki ildə 6 yeni filial açılmış, və hal hazırda Şirkətin Respublika üzrə 11 satış ofisi fəaliyyət göstərməkdədir. Filialların əksəriyyəti Bakı şəhərindən kənarda, regionlarda yerləşir.

18 yanvar 2020-ci il tarixində “FinexKredit” BOKT ASC-nin 2019-cu ilin yekunlarına dair ümumi yığıncağı keçirilmişdir. Hesabat dövründə Cəmiyyətin bütün göstəriciləri müsbət dinamika nümayiş etdirmişdir.  Aktivlər 136%, nizamnamə kapitalı 159,4%, kredit portfeli 126%, müştəri sayı 134%, ümumi gəlirlər 153%, mənfəət 190% artmışdır. 2019-cu ilin balans mənfəəti 360 075 manat olmuşdur.

Bundan əlavə “Finex Kredit” BOKT ASC-nin  2020-2022-ci illər üçün 3 illik inkişaf strategiyası təsdiq edilib.

"Finex Kredit" ASC-nin strateji məqsədi Azərbaycanın aparıcı kredit təşkilatı olaraq, öz seqmentində maliyyə xidmətləri bazarında lider olmaqdır.

Məqsədimiz odur ki, yüksək səviyyəli və sürətli maliyyə xidmətləri əldə etmək istəyən korporativ və fərdi şəxslər, sahibkarlar hər zaman ehtiyac yarandıqda bizim təşkilata müraciət etsinlər.

Biz kredit bazarında tanınmış və hörmətli bir Brend yaratmaq istəyirik və bunun üçün sabit və davamlı bir şirkət yaratdıq!

Biz inkişaf edirik, böyüyürük, uğürlar qazanırıq, çağırışımız belədir “Birlikdə Uğur Qazanaq”!

- 2020-ci ili necə başladız? Krizis sizə necə təsir etdi?

- Əlbətdə ki , bütün maliyyə sektoru kimi, bizim şirkət də krizisin təsirini cari ilin mart ayından başlayaraq hiss etməyə başladı. Yuxarıda qeyd etdiyim Şirkətin İnkişaf Strategiyanın icrası ilə bağll əməliyyat planı üzrə qabaqlayıcı işlər aparılır. Bu strategiyada risklərin  o cümlədən qlobal səbəblərə əsaslanan risklərin idarə edilməsinə xüsusi onəm verilir. Risklərdən qorunmaq məqsədi ilə maliyyə bazarının real vəziyyətini obyektiv qiymətləndirərək, çevik faiz siyasətini yürüdərək, peşəkar komandamızın uzunmüddətli əməkdaşlıq əsasında müştərilərə və partnyorlara ehtiyaclarına cavab verən yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyə davam edirik.

Bunun nəticəsi olaraq "Finex Kredit" BOKT 2020-ci ilin ilk altı ayını mənfəətlə başa vurub. 1 iyul 2020-ci il vəziyyətinə BOKT-nın aktivləri 9 233 027 manat, kredit portfeli 6 724 868 manat təşkil etmişdir. Cəmiyyət ilk altı ayını 189 697 manat mənfəətlə başa vurmuşdur.

Digər xəbərlər

Banner