Qeyri-Bank

"FİNOKO BOKT" Göyçayda – YENİ FİLİALINI AÇDI

"FİNOKO BOKT" Göyçayda – YENİ FİLİALINI AÇDI | FED.az
13:59 8 Noy 2019

FİNOKO BOKT-un yeni filialı istifadəyə verilib. Filial Göyçay şəhərinin mərkəzində Atatürk prospekti 48A, 3 nömrəli məktəbin yaxınlığında yerləşir.

Bu gün istifadəyə veriləcək filial “Ekspress Göyçay” adlanacaq. Adi qeyd edilən filialda 18 nəfər çalışacaq. Qeyd edək ki, “Ekspress Göyçay” FİNOKO BOKT-un regionda sayca 3-cü filialıdır.

“Ekspress Göyçay” filialı həftə içi 5 gün 09:00-dan 18:00 kimi çalışacaq. BOKT-da əhaliyə, lombard, istehlak, mikro, binzes ,sahibkarlığın inkişafı üçün və dövlət qulluqçuları üçün kreditlər veriləcək.

Digər xəbərlər