Qeyri-Bank

Lombardlar və lizinq şirkətləri lisenziya almalıdırlar – HÖKUMƏTƏ TƏKLİF VERİLDİ

Lombardlar və lizinq şirkətləri lisenziya almalıdırlar – HÖKUMƏTƏ TƏKLİF VERİLDİ | FED.az
08:51 17 İyun 2021

Azərbaycanda Amerika Ticarət Palatası hökumətə təklif edib ki, lombard və lizinq qanunvericiliyinə yenidən baxsın.

Xarici iş adamları hökumətə DSMF dərəcəsini aşağı salmağı - TƏKLİF EDİRLƏR

FED.az-ın məlumatına görə, xarici iş adamları hesab edir ki, lombard və lizinq şirkətlərinin lisenzyasız işləməsi və nəzarət mexanizimlərinin olmaması onların fəaliyyətinə nəzarəti zəiflədir və digər mənfi hallara səbəb olur. Üstəlik, bu hal banklar və bank olmayan kredit təşkilatları üçün ədalətsiz rəqabət mühiti formalaşdırır.

Salonlar hökumətə və banklara müraciət etdi: «Avtomobil kreditlərinin şərtlərini yumşaldın»

Xarici biznesmenlərin hökumətə bununla bağlı təklifləri Amerika Ticarət Palatasının hazırladığı «Ağ sənəd»də əksini tapıb.

Sənəddə deyilir ki, 2002-ci ildə Nazirlər Kabinetinin Qərarı ilə Lombard fəaliyyətləri üçün xüsusi icazələrin verilməsi qaydası ləğv edilməsindən sonra qanunvericilik bu fəaliyyət növü üçün tələbləri, nəzarət mexanizmlərini və nəzarət orqanını müəyyən etmədiyindən bu sahədə problemlər artıb.

Lizinq haqqında da ayrıca qanun yoxdur və bu sahə Mülki Məcəllə ilə tənzimlənir. Beləliklə, lombard müəssisələrinin hüquq və öhdəliklərini tənzimləyən normaların, habelə bu sahədə nəzarət mexanizmlərinin olmaması vətəndaşların hüquqlarının pozulması və digər mənfi hallara gətirib çıxara bilər.

Bundan başqa, əsas məsələ – iş adamları hesab edir ki, tənzimləmədə yaranmış bu qeyri-bərabərlik (yəni lombardların və lizinq şirkətlərinin lisenziya almaması, onlara dəqiq nəzarət edilməməsi) digər maliyyə bazarı iştirakçıları (banklar, bank olmayan kredit təşkilatları və s.) üçün ədalətsiz rəqabət mühiti yaradır.

Amerika Ticarət Palatası hökumətə tövsiyə edir ki, lombard və lizinq sahsi üzrə norma və nəzarət mexanizmini müəyyən edən vahid qanunlar qəbul edilsin. Eyni zamanda, sözügedən sahələrə nəzarət, kredit verilməsi anlayışı və hesabat tələbləri, müştəri məlumatlarının toplanması ilə bağlı yeni qaydalar qəbul edilsin.

Banner

Digər xəbərlər