Qeyri-Bank

“Para” BOKT-a rəhbərlik digər oğula tapşırılıb – TƏYİNAT

“Para” BOKT-a rəhbərlik digər oğula tapşırılıb – TƏYİNAT | FED.az
08:58 29 İyul 2021

“Para Bank” ASC-nin hüquqi varisi olan “Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin İdarə Heyəti sədri dəyişib.

BOKT-un İdarə Heyətinin üzvlərindən biri - İstefa Verib

FED.az Banker.az-a istinadən  xəbər verir ki, Vəli Quliyev Eldar oğlu vəzifəsindən istefa verib.

Onun yerinə qardaşı Elnur Quliyev Eldar oğlu təyin edilib.

Qeyd edək ki, Elnur Quliyevin adı indiyə qədər rəsmi olaraq “Para” BOKT-un İdarə Heyətində yox idi. Belə ki, hazırda İdarə Heyətinin üzvləri siyahısında Hüseynov Rəcəb Məmməd oğlu və Əliyev Faiq Şakir oğlu idi.

Bankın varisi olan bu BOKT-un səhmlərinin əsas hissəsi Eldar Quliyevdir. O səhmlərin 17%-nə sahibdir. Eldar Quliyevin oğulları da – hansı ki, İ.H. sədri vəzifəsində bir-birini əvəzləyiblər – “Para” BOKT-a səsvermədə iştirak hüququna imkan verən pay bölgüsünə sahibdirlər.

Xatırladaq ki, “Para” BOKT 2016-cı ildə, lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 38.889 milyon manatdır.

Banner

Digər xəbərlər