Qeyri-Bank

“Xəzər Kredit İttifaqı”nın xalis mənfəəti - 18% Azalıb

“Xəzər Kredit İttifaqı”nın xalis mənfəəti - 18% Azalıb | FED.az
11:54 11 May 2021

“Xəzər Kredit İttifaqı” DKT 2020-ci ili 18 min manat xalis mənfəətlə başa vurub.

Eləcə də bax: “Azmikroinvest” BOKT xalis mənfəətini 3 dəfəyə yaxın - Artırıb

FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən təxminən 18% azdır.

Ötən il “Xəzər Kredit İttifaqı”nın əməliyyat gəlirləri 80 min manat (əvvəlki illə müqayisədə təxminən 10% çox), əməliyyat xərcləri 54 min manat (təxminən 5% az), xüsusi ehtiyatlara ayırmaları 6 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 2 min manat (təxminən 4 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xəzər Kredit İttifaqı”nın aktivləri 1,086 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17% çoxdur. Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 96% artaraq 323 min manata çatıb, o cümlədən borc öhdəlikləri 93% artaraq 318 min manata, balsna kapitalı isə demək olar ki, dəyişməyərək 763 min manat, nizamnamə kapitalı isə təxminən 21% artaraq 190 min manat təşkil edib.

Xatırladaq ki, “Xəzər Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir. (Report)

Banner

Digər xəbərlər