Banner

Regionlar

Azərbaycanda ən az tender keçirən rayonlar – SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycanda ən az tender keçirən rayonlar – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
14:50 25 Fev 2020

Azərbaycanda ən az tender keçirilən rayonlar məlum olub.

FED.az-ın araşdırması göstərir ki, 2019-cu ildə Azərbaycanın 10 rayonunda keçirilən tenderlərin sayı 5 və daha az olub.

Eləcə də bax:  Azərbaycanda əhalisi ən çox və ən az işləyən - RAYONLAR - SİYAHI

FED.az xəbər verir ki, Yardımlı, Lerik, İmişli rayonu 5, Qubadlı rayonu 4, Tovuz, Füzuli, Ağdam rayonu 3 tender keçirib. Digər 3 rayonun hər birində 2 tender müsabiqəsi keçirilib.

Eləcə də bax: Azərbaycanda ən çox və ən az - İŞ YERİ YARADILAN RAYONLAR – SİYAHI

Ötən il keçirilən tender müsabiqələrin ümumi məbləğinə görə ən böyüyü Yardımlı rayonunun tenderləridir. Yardımlıda 5 tenderin ümumi məbləği 1 milyon manat olub. Bundan başqa, Lerikdə 5 tenderin ümumi məbləği 645,6 min manat, Tovuzda 3 tenderin ümumi məbləği 527,6 min manat olub.

Maraqlıdır ki, bu rayonlarda büdcə xərclərinin maksimum 21%- tender yolu ilə bölüşdürülüb. Bəzi rayonlarda bu göstərici 2%-dən də aşağıdır. Belə ki, Xızıda vəsaitlərin cəmi 1,9%-i, Ağdamda isə 1,1%-i tenderə çıxarılıb.

Digər xəbərlər

Banner