Sağlamlıq

ABŞ-da bir gündə koronavirusdan - REKORD SAYDA ÖLÜM

ABŞ-da bir gündə koronavirusdan - REKORD SAYDA ÖLÜM | FED.az
08:04 31 Mart 2020

ABŞ-da koronavirusun səbəb olduğu xəstəlikdən ölümlərin sayı ilk dəfə gün ərzində 500-ü ötüb.

FED.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan CNN teleşirkəti bildirib.

Eləcə də bax: ABŞ şirkətləri koronavirusun dünyaya vurduğu zəzərə görə - ÇİNİ MƏHKƏMƏYƏ VERİBLƏR

Teleşirkətin hesablamalarına görə, ABŞ-da təkcə bazar ertəsi koronavirusdan 502 ölüm qeydə alınıb. Bu ölkə üzrə bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir. CNN bildirib ki, ABŞ-da ölüm hallarının ümumi sayı 2 931 nəfərə qədər artıb.

Ölkədə həmçinin federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa 160 mindən çox yoluxma aşkarlanıb, 2 978 insan ölüb. Ölkədə 5 644 xəstə sağalıb.

Report

Digər xəbərlər

Banner