Banner

Sağlamlıq

Azərbaycan istehsalı olan tibbi maskalar - NƏ ZAMAN SATIŞA ÇIXARILACAQ?

Azərbaycan istehsalı olan tibbi maskalar  -  NƏ ZAMAN SATIŞA ÇIXARILACAQ? | FED.az
12:22 7 Aprel 2020

FED.az məlumat verir ki, "Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq: "Hələ ki, onların qiyməti müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. Müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb". 

Eləcə də bax: Yeni maska müəssisəsinin investisiya xərci - AÇIQLANDI

Yeni müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi 3 növbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir.

Report

Digər xəbərlər

Banner