Banner

Sağlamlıq

Azərbaycana gətirilən 495 kq darçın - Yararsız Çıxıb

Azərbaycana gətirilən 495 kq darçın - Yararsız Çıxıb | FED.az
18:05 30 Mart 2021

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Eləcə də bax: Gürcüstandan gətirilən araqlar istehlaka - Yararsız Çıxdı

FED.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Fruit-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən 495 kq darçın məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Banner

Digər xəbərlər