Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxanların sayı 150-dən aşağı düşdü - 3 Nəfər Vəfat Edib

Azərbaycanda  koronavirusa yoluxanların sayı 150-dən aşağı düşdü -  3 Nəfər Vəfat Edib | FED.az
17:03 6 Avq 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 435 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: "Operativ Qərargah yaxın gələcəkdə bir sıra yumşalmalara gedəcək, obyektlər açılacaq"

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

Digər xəbərlər