Sağlamlıq

Azərbaycanda daha 588 nəfər virusdan sağalıb - 5 ÖLÜM

Azərbaycanda daha 588 nəfər virusdan sağalıb - 5 ÖLÜM | FED.az
19:19 4 Avq 2020

Azərbaycanda koronavirus infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: Bakıda 5 əlavə ekspres xətt - TƏŞKİL EDİLİR

Bu barədə FED.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

 

Digər xəbərlər

Banner