Sağlamlıq

Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait – MƏLUM OLDU

Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait – MƏLUM OLDU | FED.az
17:27 6 May 2020

"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür".

FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu rəqəm dəyişir: "Qeyd olunan rəqəm mart ayı üçün hesablanmış məbləğdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman,geyim maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".

Digər xəbərlər