Banner

Sağlamlıq

Azərbaycanda son sutkada - 87286 Peyvənd Vurulub

Azərbaycanda son sutkada - 87286 Peyvənd Vurulub | FED.az
16:49 30 İyul 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37183 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4885572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2827855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2057717 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Banner

Digər xəbərlər

Banner