Sağlamlıq

AzTV-nin əməkdaşı koronavirusdan - VƏFAT EDİB

AzTV-nin əməkdaşı koronavirusdan - VƏFAT EDİB | FED.az
14:10 1 İyul 2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

FED.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Eləcə də bax: Daha 556 nəfərdə koronavirus aşkarlandı - 7 NƏFƏR ÖLDÜ

Bildirilib ki, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

"“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir. Əlavə edək ki, hazırda daha 5 əməkdaşımız xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", məlumatda bildirilib. (Report)

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?