Sağlamlıq

Dünya Səhiyyə Təşkilatı azərbaycanlılara təşvişə düşməməyi - TÖVSİYƏ ETDİ

Dünya Səhiyyə Təşkilatı azərbaycanlılara təşvişə düşməməyi - TÖVSİYƏ ETDİ | FED.az
20:39 28 Fev 2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusa (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiqləyir.

Eləcə də bax: TƏBİB ölkə vətəndaşlarına - MÜRACİƏT ETDİ

FED.az “Report”a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir.

"Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik" - məlumatda vurğulanıb.

Digər xəbərlər

Banner