Sağlamlıq

Fransada karantin rejimini pozanlar 360 min avroya yaxın - CƏRİMƏLƏNDİ

Fransada karantin rejimini pozanlar 360 min avroya yaxın - CƏRİMƏLƏNDİ | FED.az
12:09 1 Aprel 2020

Fransada son iki həftədə karantin rejiminin pozulmasına görə yazılan cərimənin məbləği açıqlanıb.

FED.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib. 

Eləcə də bax: Fransada koronavirus pandemiyasının - PİK DÖVRÜ BAŞLAYIB

Nazirin sözlərinə görə, martın 17-dən başlayaraq karantin rejiminə riayət etməməyə görə 359 min avro cərimə yazılıb. K.Kastaner bildirib ki, polis ümumilikdə 5,8 milyon vətəndaşı saxlayıb.

Qeyd edək ki, hərəkət məhdudiyyətini pozanlara qarşı cərimə 135-3 750 avro arasıdır.

Qeyd edək ki, Fransada koronvirusa yoluxanların rəsmi sayı 52,1 mindən çoxdur. Virus qurbanlarının sayı isə 3 500-ü ötüb.

Report

Digər xəbərlər