Sağlamlıq

Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq

Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq | FED.az
13:48 22 May 2020

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi təqdim etməli olacaqlar.

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə “yaşıl zona” elan olunan ölkələrdən turistlər qəbul edəcək: “Ölkəyə gələcək ziyarətçilərdən “COVID pasport”u adlandırılan sənəd tələb olunacaq”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.

Report

Digər xəbərlər

Banner