Banner

Sağlamlıq

Həkimlərin əmək haqlarının - Ödənilməsi Qaydası Dəyişiləcək

Həkimlərin əmək haqlarının - Ödənilməsi Qaydası Dəyişiləcək | FED.az
16:00 23 İyun 2021

“Səhiyyə işçilərinin əmək haqlarının ödənilməsi qaydası dəyişilmək üzrədir”.

Eləcə də bax: İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikaların sayı - Artırılacaq

FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası" mövzusunda çıxışında deyib.

A. Əhmədovanın sözlərinə görə, qaydaların bir çox bəndlərində dəyişiklik olacaq: “20-21 bənd üzrə dəyişiklik gedir. Yaxın günlərdə idarə heyətinin qərarı ilə dəyişiklik olacaq. Bundan sonra bütün dəyişikliklərə aydınlıq gətiriləcək. Onu deyə bilərəm ki, əmək haqları kifayət qədər artıb”. (Apa)

Banner

Digər xəbərlər