Banner

Sağlamlıq

İrandan Azərbaycana gətirilən halva - Yararsız Çıxıb

İrandan Azərbaycana gətirilən halva - Yararsız Çıxıb | FED.az
14:29 23 İyul 2021

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri həyata keçirdiyi nəzarət tədbirləri zamanı "AGROSTAR COMPANY" MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən halva məhsuluna baxış keçirib.

AQTA-dan FED.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələkləri aşkar edilib. Agentlik tərəfindən ümumi çəkisi 240 kq olan halva məhsulu partiyası istifadəyə yararsız hesab edilib və məhsulun satış şəbəkəsinə daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

Banner

Digər xəbərlər

Banner