Sağlamlıq

Karantinin sonu görünür: Azərbaycanda virusdan sağalma sayı - Rekord Vurdu

Karantinin sonu görünür: Azərbaycanda virusdan sağalma sayı - Rekord Vurdu | FED.az
16:23 31 İyul 2020

Azərbaycanda koronavirus infeksiyasına 318  yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

Eləcə də bax: "Yoluxanların sayı azalsa sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB Rəsmisi - VİDEO

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

Digər xəbərlər