Sağlamlıq

Koronavirusa yoluxanlar azalmır - DAHA 2 NƏFƏR VƏFAT ETDİ

Koronavirusa yoluxanlar azalmır - DAHA 2 NƏFƏR VƏFAT ETDİ | FED.az
20:12 13 İyun 2020

Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə FED.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər - SİYAHI

Qeyd edilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

Digər xəbərlər

Banner