Banner

Sağlamlıq

Koronavirusa yoluxanlar yenidən artdı - 10 NƏFƏR ÖLDÜ - YENİ RƏQƏMLƏR

Koronavirusa yoluxanlar yenidən artdı - 10 NƏFƏR ÖLDÜ - YENİ RƏQƏMLƏR | FED.az
16:04 24 Yan 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınmış, 705 nəfər müalicə olunaraq sağalmış, 8 nəfər vəfat etmişdi.

Azərbaycanda indiyədək ümumilikdə   228 975nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292  nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552  test aparılıb.

Banner

Digər xəbərlər