Sağlamlıq

Koronavirusla Mübarizəyə Dəstək Fonduna hansı nazir nə qədər pul köçürüb? – TAM SİYAHI

Koronavirusla Mübarizəyə Dəstək Fonduna hansı nazir nə qədər pul köçürüb? – TAM SİYAHI | FED.az
14:20 29 Mart 2020

Bu gün - 28 mart 2020-ci il saat 18:00-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna  91 milyon 366 min 148 manat daxil olub. 

Eləcə də bax: Fonda fərdlər - NƏ QƏDƏR PUL KÖÇÜRÜBLƏR?

FED.az xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 67 milyon 229 min 601 manatı hüquqi şəxslər, 4 milyon 136 min 545 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 17 nazirlikdən, yalnız 7-sinin rəhbəri Fonda pul köçürüb. 28 mart 2010-ci il saat 18:00-a olan son məlumata görə 10 nazir  hələ də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürməyib.

Fonda pul ianə edən və etməyən nazirlərin siyahısını təqdim edirik:
- Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev – 17 165 manat
- Təhsil naziri Ceyhun Bayramov – 10 000 manat
- Səhiyyə nazirli Oktay Şirəliyev – 10 000 manat
- Mədəniyyət naziri Əbülfəs Qarayev – 5 000 manat
- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 3951 manat
- Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev – 3 000 manat

Onu da bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Fonda ən çox pul köçürən şəxslər arasında ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da yer alıb. Prezident İlham Əliyev 126 900 manat, birinci vitse-prezident Mehriban Əliyeva isə 101 700 manat köçürüb.

Yeniavaz

Digər xəbərlər