Sağlamlıq

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan - VƏSAİT AÇIQLANIB

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan - VƏSAİT AÇIQLANIB | FED.az
20:07 6 Avq 2020

Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.

Eləcə də bax: Azərbaycanda koronavirusa yoluxanların sayı 150-dən aşağı düşdü - 3 Nəfər Vəfat Edib

FED.az xəbər verir ki, fonda indiyə qədər 114 170 606 manat ianə toplanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

"report"

Digər xəbərlər