Banner

Sağlamlıq

Lukaşenko: Minsk Bakıya “Sputnik-V” vaksinini - Tədarük Etməyə Hazırdır

Lukaşenko: Minsk Bakıya “Sputnik-V” vaksinini - Tədarük Etməyə Hazırdır | FED.az
16:21 14 Aprel 2021

Rəsmi Minsk Belarusda istehsal olunan “Sputnik-V” vaksinini Azərbaycana tədarük etməyə hazırdır.

FED.az xəbər verir ki, bu barədə prezident Aleksandr Lukaşenko bəyan edib.

Eləcə də bax: Azərbaycan-Belarus sənədləri - İmzalanıb

“Belarusda əhalinin kütləvi şəkildə vaksinasiyası başlanır, bu məqsədlə ölkədə Rusiya texnologiyaları əsasında yaradılan preparatlardan istifadə olunacaq. Lakin istehsal olunan vaksinlərin bütün həcmini Belarus istehlak edə bilməyəcək, buna görə, həmçinin onları Azərbaycana ixrac etməyə hazırdır”, - Lukaşenko çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib. 

Bundan başqa, Belarus prezidenti qeyd edib ki, Minsk sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm, təhsil sahələrində kooperasiya əlaqələri üçün böyük potensial görür. Elmi-texniki və hərbi-sənaye sahələrində əlaqələrin dərinləşməsi üçün yaxşı perspektivlər görünür.

Eyni zamanda, Lukaşenko Əliyevi Belarusa səfər dəvət edib. “Biz hər zaman ölkənizin etibarlı dostu olmuşuq və bu belə də olacaq”, - Lukaşenko vurğulayıb.

Xəbər verildiyi kimi, Belarus hər ay 500 min dozaya qədər “Sputnik-V” vaksini istehsal etmək niyyətindədir.  (İnterfaks)

Banner

Digər xəbərlər