Banner

Sağlamlıq

“Maskanın qiyməti aşağı salınsa, daha yaxşı olar” - VİDEO

“Maskanın qiyməti aşağı salınsa, daha yaxşı olar” - VİDEO | FED.az
09:43 3 İyul 2020

Respublikanın baş infeksionisti Cəlal İsayev maskaların qiymətinin aşağı salınmasıyla bağlı müvafiq qurumlara müraciət edib.

Eləcə də bax: Tibbi maskanın gömrük rüsumundan azad edilməsi - UZADILDI

FED.az xəbər verir ki, C.İsayev AzTV-nin efirində bildirib ki, bəzi insanlar deyir ki, maska almağa o qədər pulu yoxdur: "Çünki gündəlik ən azı beş dəfə maska dəyişməli olursan. Bu bəzi insanların maddi durumuna təsir edə bilər. Ona görə mən müvafiq qurumlara müraciət edirəm ki, maskanın qiyməti aşağı salınsa daha yaxşı olar”.

C.İsayev əlavə edib ki, cərimələrin ikiqat, beşqat olmasının elə bir önəmi yoxdur:

"Maska taxmağa nəzarət lazımdır. Hamımız supermarketlərə gedirik. Mənzərəni görürük. Gənclərin çoxu maska taxmır. Onlara irad tutanda cibindən çıxarıb maskanı taxır. Supermarketlərin rəhbərləri iki nəfər nəzarətçi ayıra bilər və içəri girən insanların hamısından maska taxmasını tələb edə bilər. Yaxud da marketə gələn hər bir adama pulsuz maska paylaya bilərlər". (Qafqazinfo)

Digər xəbərlər

Banner