Banner

Sağlamlıq

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə pul ayrıldı - SƏRƏNCAM

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə pul ayrıldı - SƏRƏNCAM | FED.az
15:16 29 İyul 2021

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncama əsasən, talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 600 min manat ayrılıb.

Banner

Digər xəbərlər