Banner

Sağlamlıq

Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburiliyi qüvvədə qalıb

Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburiliyi qüvvədə qalıb | FED.az
11:46 16 Yan 2021

Azərbaycanda xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.

FED.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunub.

Bildirilib ki, həmçinin, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi aprelin 1-dək uzadılıb.

Banner

Digər xəbərlər