Banner

Sağlamlıq

Rusiyada koronavirusa yoluxanların sayı - 21 MİNİ KEÇDİ

Rusiyada koronavirusa yoluxanların sayı - 21 MİNİ KEÇDİ | FED.az
11:49 14 Aprel 2020

Rusiyada son bir gündə 2 774 nəfərə koronavirus diaqnozu qoyulub, 22 nəfər virusun qurbanı olub.

FED.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Eləcə də bax: Rusiyada şirkətlərin 25%-i işçilərin maaşlarını - AZALDACAQ

Məlumata görə, bununla da yoluxanların sayı 21 102 nəfərə, ölənlərin sayı 170-ə, sağalanların sayı isə 1 694 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 489.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 926 000-i ötüb. Bunların 452 614 nəfəri sağalıb, 119 732 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report

Digər xəbərlər

Banner