Sağlamlıq

Sərnişinləri koronavirus testindən sonra - TƏYYARƏYƏ BURAXACAQ

Sərnişinləri koronavirus testindən sonra - TƏYYARƏYƏ BURAXACAQ | FED.az
10:04 18 Aprel 2020

Birləşmiş Ərəb Əmirliklərinin «Emirates» aviaşirkəti Dubay aeroportunda şərnişinləri uçuşdan əvvəl koronovirus testindən keçirməyə başlayıb. 

FED.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, koronovirus testinin nəticələri 10 dəqiqəyə məlum olur. 

Eləcə də bax: Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi - AÇIQLANDI

Bununla da «Emirates» sərnişinləri yerindəcə koronovirus testi edən ilk aviaşirkətdir. 

Aviaşirkətin vitse-prezidenti Adil Əl Redha qeyd edib ki, koronovirus testi bundan sonra şirkətin bütün aviareyslərinin sərnişinlərinə aid olacaq.

Bu testin müsbət tərəfi odur ki, sərnişinlərdən sağlamlıq arayışı tələb edən ölkələrə uçan şəxslərə də testdən sonra arayış veriləcək. 

Digər xəbərlər